"Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi Meyson Maunt klubdaki ilk mövsümündə 3-cü dəfə zədələnib.
 
Matc.az xəbər verir ki, bununla belə, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq qeyd etdiyi kimi, 25 yaşlı ingilis ciddi zədədən qaçıb.
 
“Zədəsi yüngüldür. Düşünmürəm ki, Meyson üçün mövsüm bitib. Məncə o, bir neçə gündən sonra yenidən məşqlərə başlayacaq". - "Mançester Yunayted"in mətbuat xidməti ten Haqdan sitat gətirir.
 
Qeyd edək ki, Mançester klubunda debüt mövsümündə Maunt bütün yarışlarda 19 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest