AFFA İntizam Komitəsinin iclasında iki komandaya texniki məğlubiyyət verilib.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda iki komandaya texniki məğlubiyyət verilib.

AFFA U-14 Liqasında keçirilməli olan “Sabah” FK - “Masallı” PFK oyunu qonaq komandanın təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Masallı”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AHFF-nin birinciliyinin V turu çərçivəsində keçirilən “Ərkivan” FK - “Salyan 2018” FK oyununda təhlükəsizlik xidməti oyuna təyin edilmiş vaxtda gəlmədiyi üçün oyun baş tutmamasına görə “Ərkivan” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest