29 May 2024, 20:10
FUTBOL
“Yuventus” baş məşqçi Tyaqo Motta ilə razılıq əldə edib.
Matc.az xəbər verir ki, 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalayacaq.
Turin klubu baş məşqçi ilə müqavilənin bütün detallarını razılaşdırıb. 2022-ci ilin sentyabrından “Bolonya”ya rəhbərlik edən Motta komandanı Çempionlar Liqasına yüksəldib. Klub 2023/2024 mövsümündə 68 xalla A seriyasını 5-ci pillədə başa vurub. Gənc mütəxəssisin bolonyalılarla müqaviləsi bu il iyunun sonunda başa çatacaq.
Qeyd edək ki, Motta karyerası ərzində “Bolonya”dan əvvəl “Cenoa” və “Spetsiya”da fəaliyyət göstərib.