"Real"ın sabiq kapitanı Dani Karvaxal karyerasını Premyer Liqada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Qrem Beyli məlumat yayıb.

Karvaxal cari ilin yayında Madrid "Real"ından ayrıldıqdan sonra azad agent statusundadır. 34 yaşlı müdafiəçinin xidmətləri "Liverpul", "Fulhem" və "Mançester Siti" klublarına təklif olunub.

Karvaxalın keçidində ən maraqlı tərəf "Real"ın sabiq baş məşqçisi Alvaro Arbeloanın rəhbərlik etdiyi "Fulhem"dir. London təmsilçisi ötən yay "Kral klubu"ndan üç oyunçunu – yarımmüdafiəçilər Manuel Anhel və Sesar Palasiosu, həmçinin hücumçu Qonsalo Qarsiyanı heyətinə qatıb.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Karvaxal Madrid klubunun heyətində bütün turnirlərdə 450 oyuna çıxıb, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. İspaniyalı müdafiəçi "qalaktikos"la birlikdə 6 dəfə Çempionlar Liqasının və 4 dəfə İspaniya çempionatının qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest