Əlverişsiz hava şəraitinə görə Tailandla yoldaşlıq görüşü ləğv edilən Rusiya millisi Moskvaya uça bilmir.

Matc.az xəbər verir ki, hazırda Hanoyda hava limanı bağlıdır.

Bundan əvvəl Rusiya Futbol İttifaqı bəyanat yayaraq, Tailandla yoldaşlıq görüşünün ləğv olunduğunu rəsmən elan etmişdi.

Qeyd edək ki, Sentyabrın 5-də Hanoyda Vyetnam və Rusiya milli komandaları arasında yoldaşlıq turniri oyunu keçirilib. Rusiya komandası 3:0 hesabı ilə qalib gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest