15 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gündən təlim-məşq toplanışına başlayacaq. Matc.az xəbər verir ki, komandamız sentyabrın 14-dək hazırlıq keçəcək.
Yığmamız UEFA İnkşaf turnirində iştirak etmək üçün sentyabrın 15-də Belarusun paytaxtı Minskə yollanacaq.
Toplanışa çağırılan oyunçular bunlardı: Aydan Abdullayeva, Elmira Hüseynova, Xədicə Rəhimova, Suhel Polikarpova, Məryəm Səmədli (hamısı “Səbail”), İradə Əsədli, Şəhanə Mirzəliyeva, Könül Hüseynova (hamısı “Mingəçevir”), Sara Səlimova, Məryəm Ağaverdiyeva, Aylin Əliyeva (hamısı “Gömrükçü”), Nuray Ələkbərli, Zəhra Abdullayeva, Səmayə Əkbərova (hamısı “Ümid Gəncə”), Zəhra İsmayılova, Xədicə Əlizadə, Duyğu Həsənli (hamısı “Baku Sporting”), Zəhra Rzayeva, Könül Sadiqli (hər ikisi “İsmayıllı”).