Misli Premyer Liqasının X turu çərçivəsində bu gün üz-üzə gələcək “Kəpəz” və “Qarabağ” meydana itkilərlə çıxacaq. Matc.az xəbər verir ki, turun açılış oyununa gəncəlilər 1, ağdamlılar isə 2 futbolçunun xidmətindən yararlana bilməyəcək.

“Kəpəz”də Elmir Tağıyev son çempiona qarşı matçı buraxacaq. “Qarabağ”da sağ cinah müdafiəçiləri Mateus Silva və Marko Veşoviç komandadan ayrı qalacaq. Ancaq “Qarabağ”da zədəsini sağaldan Bəhlul Mustafazadə məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, bu gün Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu saat 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest