“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan “Mançester Yunayted”i çalışdıra bilər. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar”ın sahibi olan “İneos”un idman sektorunun baş direktoru Jan-Klod Blan fransalı mütəxəssislə müntəzəm əlaqə saxlayır.

Blan da Premyer Liqa klubunun sahibi Cim Ratkliff kimi uzun müddət fransızın fanatı olub. O, Zidanı bu keçidə razı salmağa çalışır.

Qeyd edək ki, Zinəddin Zidan “Real”a 2016-2018 və 2019-2021-ci illərdə rəhbərlik edib. Fransız məşqçi “kral klubu” ilə ikiqat İspaniya çempionu, iki dəfə İspaniya Superkubokunun qalibi, üç dəfə isə Çempionlar Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest