31 Dekabr 2024, 08:30
FUTBOL
Argentinalı futbolçu Leandro Paredes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Matc.az xəbər verir ki, "Əl-Şabab"ın yeni baş məşqçisi Fatih Terim yarımmüdafiəçini sərəncamında görmək istəyir.
Bir neçə gün əvvəl komandanın əməkdaşlığa start verən türkiyəli mütəxəssis orta xətti gücləndirməyi planlaşdırır. "Roma" ilə müqaviləsi mövsümün sonunda bitəcək Paredes "Əl-Şabab"ın əsas transfer hədəfi olub.
Qeyd edək ki, argentinalı 2024/2025 mövsümündə 14 oyunda 1 qol vurub, 2 ötürmə edib.