“Tottenhem”in müdafiəçisi Radu Draquşin əməliyyat olunacaq. Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Avropa Liqasının Liqa mərhələsinin son turunda İsveçin “Elfsborq” klubu ilə ev oyununda (3:0) rumıniyalı futbolçunun sağ dizinin ön çarpaz bağı qopub. Onun nə zaman yaşıl meydanlara dönəcəyi bilinməsə də, cari mövsümü başa vurduğu dəqiqdi.

Qeyd edək ki, 23 yaşlı Draquşin bu mövsüm “Tottenhem”in heyətində 16 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest