“Santos” Neymarın transferi ilə kifayətlənmək istəmir. Matc.az xəbər verir ki, Braziliya klubu daha bir ulduz futbolçunun keçidində maraqlıdı.

Belə ki, “sambaçılar” Leandro Paredesi transfer etməyə çalışır. “Santos” rəhbərliyi 30 yaşlı yarımmüdafiəçinin keçidi üçün “Roma” ilə danışıqlar aparır. Paredes həm də Neymarın yaxın dostudu. Onlar PSJ-də birlikdə çıxış ediblər.

Argentinalı mümkün transferə müsbət yanaşır. Lakin onun müqaviləsi gələn ilin yayına qədərdi və “Roma” yarımmüdafiəçisinin gedişinə qarşıdı. “Santos” italyanları razı salmaq üçün maddi təzminat təklif edib və qarşı tərəfdən cavab gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest