“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İngiltərə klublarının diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu Premyer Liqanın iki təmsilçisinin transfer gündəmindədi.

Belə ki, “Mançester Yunayted” və “Aston Villa” 21 yaşlı hücumameyilli oyunçu uğrunda mübarizə aparır. Hər iki klub transfer müqabilində “Barselona”ya 70 milyon avro ödəməyə hazırdı. Lakin Lopes bu variantları nəzərdən belə, keçirmək istəmir. O, “Barselona”da qalaraq daha böyük nailiyyətlər əldə edəcəyinə inanır.

Qeyd edək ki, İspaniya klubu ilə müqaviləsini 2029-cu ilə qədər uzadan Ferminin satın alınma qiyməti 500 milyon avrodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest