12 İyul 2025, 11:20
FUTBOL
Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye" Matyaj Rozmanla yolları ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı qolkiperin klubla başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Matyaj Rozman 2016-cı ilin yayından Sloveniya təmsilçisində çıxış edirdi.
Qeyd edək ki, "Sabah" Bakıda keçirilən ilk oyunda "Çelye"yə 2:3 hesabı ilə məğlub olub. Cavab görüşü ayın 17-də baş tutacaq.