12 Fevral 2025, 09:49
FUTBOL
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra UEFA reytinqi yenilənib. Matc.az xəbər verir ki, baş tutan 4 görüşdən sonra yerdəyişmə olmasa da, bəzi ölkələr xal ehtiyatlarını artırıb.
Xüsusən də, siyahının yuxarı pillələrində qərarlaşan bəzi ölkələr aktivlərinə əlavə xal yazdırıblar. İtaliya, İspaniya, Almaniya və Fransa üçün qazanclı gün olub.
Avropada komandası qalmayan Azərbaycanın mövqeyi dəyişməyib. 28-ci pillədə qalan ölkəmizin hesabında 19,625 xal var. Cari mövsümün qazancı isə 2,875-di.
Qeyd edək ki, cədvələ liderlik edən İngiltərənin 106,624 xalı var.