17 Fevral 2025, 17:26
FUTBOL
“Real”ın müdafiəçiləri Antonio Rudiger və David Alaba zədəsini sağaldıb. Matc.az xəbər verir ki, hər iki futbolçu “Mançester Siti”yə qarşı oyunda iştirak edə bilər.
“Kral klubu”nun arxa xətt oyunçuları Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşü üçün iştirak ərizəsinə daxil edilə bilər. Hər iki futbolçu bu gün kollektivlə məşqdə iştirak edib. Yarımmüdafiəçi Federiko Valverde isə kiçik narahatlıq səbəbindən məşqi buraxıb. Ancaq onun qarşılaşmada iştirakı gözlənilir.
Qeyd edək ki, “Real” – “Mançester Siti” oyunu fevralın 19-da keçiriləcək. İlk matçda ispanlar 3:2 hesablı qələbə qazanıb.