O bildirib ki, klub rəhbərliyi Qurbanovla "yola davam" qərarı verib. Bu isə o deməkdi ki, "Qəbələ"ni gələn mövsüm də 38 yaşlı mütəxəssis çalışdıracaq.

"Qəbələ"də baş məşqçi Sənan Qurbanovun taleyinə aydınlıq gəlib. Bu barədə matc.az saytına açıqlamasında "qırmızı-qaralar"ın meneceri Səbuhi Səfiyarlı məlumat verib.

O bildirib ki, klub rəhbərliyi Qurbanovla "yola davam" qərarı verib. Bu isə o deməkdi ki, "Qəbələ"ni gələn mövsüm də 38 yaşlı mütəxəssis çalışdıracaq.

Bölgə təmsilçisində heyətlə bağlı dəyişikliklər isə büdcədən asılı olacaq. Müdafiəçi İlqar Qurbanov və hücumçu Stiven Jozef Monrozun komandadan ayrılması gözləniləndi. ümumiyyətlə, əksər futbolçuların müqavilə müddəti başa çatdığından, onlar arasında kimlərə yeni sözləşmə təkif ediləcəyi büdcə təsdiqindən sonra müəyyənləşəcək.

Qeyd edək ki, geridə qalan mövsüm Azərbaycan kubokunu qazanan "Qəbələ" Azərbaycanı növbəti dəfə Avropa Liqasında təmsil edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest