12 Mart 2025, 23:28
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu niderlandlı müdafiəçi və "Liverpul"un kapitanı Vircil van Deyk üçün ilkin olaraq 20 milyon avrodan çox təklif edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "L'Equipe" paylaşıb.
Bildirilir ki, futbolçu hələ yekun qərarını verməyib. O, diqqətini Premyer Liqa çempionluğuna verib.
Vircil van Deykin klubu ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi Premyer Liqanın cari mövsümündə "Liverpul"un heyətində 29 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Çempionlar Liqasında isə 9 oyunda bir qol vurub.