Ronaldo Nazario Braziliya Futbol Federasiyasının prezidentliyinə namizədlikdən imtina etdiyini açıqlayıb. 

Matc.az xəbər verir ki, əfsanəvi sabiq futbolçu bu barədə sosial şəbəkələrində paylaşım edib: 

"27 regional federasiya ilə ilkin əlaqədən sonra başa düşdüm ki, onlardan 23-nün qapıları mənim üçün bağlıdır. Federasiyalar məni qəbul etməkdən imtina etdi. Dedilər ki, hazırkı administrasiyadan razıdırlar. Mən öz layihəmi təqdim edə, fikirlərimi bölüşə bilmədim ki, məni istədiyim kimi başa düşsünlər. Rəhbərlər çoxusu hazırkı prezidentdən razıdırlar. Bu, onların haqqıdır və mən buna hörmətlə yanaşıram". 

Qeyd edək ki, sözügedən qurumun rəhbəri üçün seçkilər 2026-cı ilin martından gec olmayaraq keçirilməlidir. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest