“Mançester Yunayted”in futbolçusu Brunu Fernandeş Avropa Liqasının tarixinə düşüb. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu 1/8 finalda “Real Sosyedad”la oyunda het-trik etməklə buna nail olub.

Ulduz futbolçu qitənin ikinci dərəcəli klub turnirində ümumilikdə 41 qolda yaxından iştirak edib. O, 24 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb. Bu, Avropa Liqası tarixinin rekord göstəricisidi.

Qeyd edək ki, “Mançester Yunayted” turnirin 1/4 finalında “Lion”la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest