Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Liverpul”un kapitanı Vircil van Deykə növbəti dəfə təklif göndərib. Matc.az xəbər verir ki, ərəblər 33 yaşlı müdafiəçini 20 milyon avro dəyərində qiymətləndirir.

“Əl-Hilal” ona illik maaş olaraq bu məbləği ödəmək niyyətindədi. Gələcəyi barədə düşünən Niderland millisinin üzvü hələ qərarını verməyib. Van Deyk yayda azad agent olacağı üçün seçim etməkdə tələsmir.

Qeyd edək ki, Vircil van Deyk bu mövsüm Premyer Liqada 29 oyunda iştirak edib, 1 qol, 1 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest