Azərbaycanı növbəti dəfə çempionlar Liqasında (çL) təmsil edəcək "Qarabağ"ın bütün potensial rəqibi müəyyənləşib. Matc.az saytının məlumatına görə, I təsnifat mərhələsində mübarizə aparacaq Ağdam təmsilçisi səpələnmişlərin səbətində yer alacaq.

çL-ə son vəsiqə qazananlardan "Pünik" siyasi səbəblərdən Azərbaycan çempionuna rəqib ola bilməz. Reytinq xalına görə, qeyri-müəyyənlərdə olan "Suduva"nın da artıq səpələnməmişlərdə qərarlaşacağı dəqiqləşib.

Beləliklə, Ermənistan çempionunu saymasaq, "Qarabağ"ın 15 potensial rəqibindən 14-nün adına aydınlıq gəlib. Onlara ilkin mərhələnin qalibi də qoşulacaq.

ümumilikdə I mərhədə 32 komanda mübarizə aparacaq.

 

çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər: "Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Ludoqorets" (Bolqarıstan), "Qarabağ" (Azərbaycan), "Maribor" (Sloveniya), "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels), "Slovan" (Slovakiya), AIK (İsveç).

Səpələnməmişlər: "Suduva" (Litva), "Sarayevo" (Bosniya və Herseqovina), "Valletta" (Malta), "Pyast" (Polşa), "Pünik" (Ermənistan), "çFR Kluj" (Rumıniya), "Ferensvaroş" (Macarstan), "Nomme Kalyu" (Estoniya), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), "Saburtalo" (Gürcüstan), ilkin mərhələnin qalibi.

 

İlkin mərhələ

Səpələnmişlər: "Linkoln" (Cəbəllütariq), "Santa Koloma" (Andorra)

Səpələnməmişlər: "Feronikeli" (Kosovo), San-Marino çempionu

 

Qeyd edək ki, çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest