01 Noyabr 2026, 14:55
FUTBOL
FIFA futbolçuların qırmızı vərəqədən sonra aldığı cəzaların tətbiqi qaydalarını dəyişməyi planlaşdırır. Matc.az xəbər verir ki, buna 2026-cı il dünya çempionatında ABŞ millisinin üzvü Folarin Balogunla bağlı qərar səbəb olub.
Belə ki, Bosniya və Herseqovina ilə oyunda qırmızı vərəqə alan hücumçunun bir oyunluq cəzası dayandırılıb və o, Belçikaya qarşı meydana çıxıb.
Qərar mübahisələrə səbəb olub. FIFA-nın İntizam Məcəlləsinə dəyişiklik təklifinin dekabrın 16-da müzakirəyə çıxarılması gözlənilir.







_1793540562.jpg)





