"Barselona"nın 18 yaşlı hücumçusu Lamin Yamal karyerasının ilk het-trikinə imza atıb.

Matc.az xəbər verir ki, bu nailiyyəti o, İspaniya La Liqasının 26-cı turunda "Vilyarreal" üzərində 4:1 hesablı qələbə qazanılan oyunda əldə edib.

Yamal oyunun 28, 37 və 69-cu dəqiqələrində qol vurub. Buna qədər hücumçu heç vaxt bir matçda iki dəfədən çox fərqlənə bilməmişdi. Yamalın ilk het-triki "Barselona"dakı 140-cı oyuna təsadüf edib.

Qeyd edək ki, bu mövsüm Yamal bütün yarışlarda 31 oyun keçirib, 16 qol vurub və 13 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest