Almaniyada II Bundesliqasında 25-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "Bohum"la üz-üzə gəlib.

Emrelinin komandası rəqibinə 3:2 hesabı ilə məğlub olub.

Millimizin üzvü oyuna hesab 3:2 olarkən, 83-cü dəqiqədə daxil olub.

Qeyd edək ki, aktivində 37 xalı olan "Kayzerslautern" turnir cədvəlində 7-ci sırada qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest