Misli Premyer Liqasında XXIII turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutub.

"Şamaxı" doğma meydanda "İmişli"ni qəbul edib. Qarşılaşmada hesab açıqlmayıb.

"Araz-Naxçıvan" isə səfərdə "Qarabağ"ın qonağı olub. Görüş Ağdam klubunun 6 cavabsız qolu ilə nəticələnib.

Misli Premyer Liqası
XXIII tur 
8 mart (bazar)

"Qarabağ" – "Araz-Naxçıvan" - 6:0
Qollar: 
Joni Montiel, 15 (pen), Leandro Andrade, 33, 38, Kamilo Duran, 64, 89, Musa Qurbanlı, 83
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Tofiq Bəhramov adına Respublika Stadionu

"Qarabağ": 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 81. Kevin Medina 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 11. Emmanuel Addai 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 6. Kris Kuaku 21. Aleksey Kaşuk 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

"Araz-Naxçıvan": 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 6. Patrik Andrade 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala 19. Bar Kohen
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 24. Mustafa Əhmədzadə 17. İssuf Paro 77. Bruno Franko 70. Şarl Boli
Baş məşqçi: Andrey Demçenko


"Şamaxı" – "İmişli" - 0:0
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Həşimov 
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Şamaxı şəhər stadionu

"Şamaxı": 1. Rikardo Fernandes (k) 2. Abdulla Rzayev 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 97. Oruc Məmmədov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov 11. Dioqo Balau 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

"İmişli":33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 79. Dioqo Kardozu
Baş məşqçi: Jorj Kaşkilya 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest