"Real"ın hücumçusu Kilian Mbappe zədə səbəbindən cari mövsümünün sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "El Chiringuito TV" paylaşıb.

Bildirilir ki, Mbappenin zədəsi əvvəlcə düşünüləndən daha ciddi olub. Klubdan Mbappenin vəziyyətinin rəsmi təsdiqinin bu gün veriləcəyi gözlənilir.

Mbappenin sol ayağında bud əzələsinin gərilməsi barədə məlumat yayılmışdı. Fransız futbolçu İspaniya çempionatının 32-ci turunda "Betis"ə (1:1) qarşı oyununun 81-ci dəqiqəsində qeyd edilən zədə səbəbindən əvəzlənmişdi.

Qeyd edək ki, fransız futbolçu dizindəki problem səbəbindən fevral və mart aylarında oynamayıb. Bu müddət ərzində 27 yaşlı hücumçu 5 oyunu buraxıb.

Mbappe bu mövsüm La Liqada 28 oyun keçirib, 24 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt"da onun transfer dəyəri 200 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest