"Bornmut"dan ayrılacağı açıqlanan Andoni İraola İngiltərə Premyer Liqasında klubunu dəyişəcək.

Matc.az xəbər verir ki, bu barədə BBC televiziyası məlumat yayıb.

İspaniyalı mütəxəssis "Kristal Pelas"la anlaşıb. 43 yaşlı məşqçi London təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatan Oliver Qlasneri əvəz edəcək.

Qeyd edək ki, Andoni İraola 2023-cü ilin yayından "Bornmut"da çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest