Xabi Alonso İngiltərə Premyer Liqasında çalışa bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

"Çelsi" ispaniyalı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. 44 yaşlı çalışdırıcı ilə danışıqların müsbət istiqamətdə davam etdiyi bildirilir. Alonso Premyer Liqada işləməyə isti yanaşır.

Qeyd edək ki, "Çelsi" Liam Rozenyorla yollarını ayırıb. Xabi Alonsonun son iş yeri isə "Real" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest