13 May 2026, 14:47
FUTBOL
"Sassuolo"nun müdafiəçisi Tarik Muharemoviç yay transfer pəncərəsində klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bosniyalı futbolçu "İnter"ə keçəcək. Muharemoviç Milan təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq. 23 yaşlı mərkəz müdafiəçisinin illik maaşı 2,2 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Tarik Muharemoviç bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə keçirdiyi 32 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.








_1778675212.jpg)




