Bu gün Azərbaycan I Liqasında mövsümün sonuncu, XXVII turuna start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turnir cədvəlinin sonuncusu "Şimal" səfərdə "Cəbrayıl"la üz-üzə gəlib. Xaçmaz təmsilçisi qələbə qazanaraq xallarının sayını 20-yə çatdırıb və 9-cu sıraya yüksəlib. Beləliklə, çempionatda mübarizə şansını qoruyub.

Digər görüşdə isə 9-cu sırada qərarlaşan "Difai" MOİK-in qonağı olub. "Difai" məğlub olaraq sonuncu, 10-cu pilləyə yuvarlanıb və liqanı tərk edib.

Qeyd edək ki, I Liqanı tərk edən komanda yeni mövsümdən II liqada mübarizə aparacaq. 9-cu yerin sahibi isə II Liqada mövsümü 2-ci yerdə tamamlayan komanda ilə pley-off oyunları keçirəcək.

Azərbaycan I Liqası
XXVII tur

21 may (cümə axşamı)

"Cəbrayıl" – "Şimal" - 2:3
Qollar:
 D.Açimi, 29, 54 // N.Osmanov, 55, N.Şixamirov, 64, 77
Şamaxı OİK stadionu

MOİK – "Difai" - 4:0
Qollar:
 M.Baxşalı, 2, S.Yadom, 24, S.Fərəcov, 79, B.Soltanov, 89
Binə qəsəbə stadionu

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest