"Hesab edirəm ki, kuboku da qazandıqdan sonra emosiyalarımızı tam qoymağımız bu matçda yaxşı oynamağımıza mane oldu".

"Sabah" Misli Premyer Liqasında 32-ci turunda evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas məğlubiyyəti şərh edib:

"Hesab edirəm ki, kuboku da qazandıqdan sonra emosiyalarımızı tam qoymağımız bu matçda yaxşı oynamağımıza mane oldu. Lakin futbolçularım əllərindən gələni etdilər. Rəqibimiz son vaxtlar ən yaxşı formada olan komanda idi. Kifayət qədər oyun içərisində rəqiblə baş-başa mübarizə apardıq. Bu gün heç də bir-birindən çox fərqlənməyən iki komanda izlədik. İndi də gedirik çempionluğumuzu qeyd etməyə. Hər kəsə təşəkkür edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest