Bir sıra futbol təşkilatları FİFA-nın fəaliyyətinin yoxlanılması ilə bağlı UEFA-nın təşəbbüsünə qoşulub.
Matc.az xəbər verir ki, bu barədə təşkilatların sosial şəbəkədəki birgə bəyanatında məlumat yayılıb.
Daha əvvəl Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Asiya Futbol Konfederasiyası (AFK) və KONKAKAF ilə birlikdə qurumun rəhbəri Canni İnfantinonun dünya çempionatı hüquqlarının bir hissəsini satmaq təklifi fonunda FİFA-nın fəaliyyətini yoxlamağa çağıran açıq məktub dərc etmişdi.
İndi isə bu çağırışa yeni iştirakçılar qoşulub. Birgə bəyanatda "ABŞ Futbol Assosiasiyası, Kanada Futbol Assosiasiyası, CFU (Karib Futbol İttifaqı) və UNCAF (Mərkəzi Amerika Futbol İttifaqı) dünyadakı həmkarları ilə birlikdə FİFA-nın idarəetmə sistemini gücləndirəcək, onun şəffaflığını və hesabatlılığını artıracaq əhəmiyyətli dəyişikliklərə çağırır" ifadələri yer alıb.













