"Barselona" ikinci komandasının hücumçusu Həmzə Əbdülkərim ilə müqaviləni yeniləmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu artıq 18 yaşlı misirli futbolçu və onun nümayəndələri ilə danışıqlara başlayıb. "Barselona" oyunçu üçün daha yaxşı şərtlər hazırlayıb və hazırkı müqavilədə yer alan 15 milyon avroluq sərbəstqalma bəndini ləğv etmək niyyətindədir.

Bununla belə, tərəflər arasında hələlik yekun razılıq əldə olunmayıb.

Bu yaxınlarda "Barselona"nın əsas komandasında özünü göstərmək şansı qazanan Əbdülkərim "Əl-Əhli" ilə keçirilən Qamper Kuboku yoldaşlıq görüşündə (2:1) qol vurub. Oyunçu həmçinin La Liqanın birinci turunun "Elçe" ilə matçında (5:0) ehtiyat oyunçular skamyasında yer alsa da, meydana daxil olmayıb.

"Transfermarkt" portalı gənc forvardın transfer dəyərini 1,5 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest