Lionel Messi sabiq komanda yoldaşı Karlos Tevesin vida matçında iştirak edəcək. Matc.az xəbər verir ki, bu barədə qarşılaşmanın təşkilatçıları məlumat yayıblar.

Tədbirin dekabrın 20-də keçirilməsi planlaşdırılır. Argentina millisinin iki tanınmış futbolçusu uzun illər ölkələrinin futbolunu beynəlxalq arenada təmsil ediblər.

Teves 2022-ci ildə peşəkar futbolçu karyerasını başa vurub. İndi isə onun şərəfinə təşkil ediləcək xüsusi qarşılaşmada Messi də meydana çıxacaq.

Təşkilatçılar digər məşhur futbolçuların da tədbirə qatılmasını gözləyirlər.

Qeyd edək ki, Messi və Teves Argentina millisinin heyətində  birlikdə çıxış ediblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest