UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda “Barselona” ilə keçirilən oyunda zədələnən “Sabah”ın futbolçusu Akim Zedadkanın durumuna aydınlıq gəlib.

 

Matc.az xəbər verir ki, fransalı müdafiəçinin zədəsi ciddi deyil.

 

Onun noyabrın 28-də “Araz-Naxçıvan”la oyunu buraxmaq ehtimalı çoxdur. Amma ondan sonrakı matçlara hazır ola bilər.

 

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 76-cı dəqiqəsində zədələnən Akim Zedadkanı Tellur Mütəllimov əvəzləyib. Görüş Kataloniya klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

(AZƏRTAC)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest