Kubokun final matçının başlama saatı dəyişdirildi
Azərbaycan kubokunun final oyunun başlama saatı dəyişdirilib. Bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilir ki, mayın 19-da "Qəbələ" ilə "Sumqayıt" arasında keçiriləcək həlledici qarşılaşma ilə bağlı dəyişiklik hər iki klubun müraciətinə əsasən edilib.