13 İyul 2025, 09:34
FUTBOL
"Fənərbaxça" Belçikanın "Gent" klubundan Arçi Braunu heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı ingilis müdafiəçi ilə "3+1" illik müqavilə bağlanılıb. Müdafiəçinin transferinin dəyəri 8,5 milyon avro təşkil edib.
Qeyd edək ki, "sarı-lacivərlilər" daha öncə Con Duran və Abdou Aziz Fallı da heyətinə qatıb.