12 İyul 2025, 21:34
FUTBOL
"Mançester Yunayted"in heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, "qırmızı şeytanlar"ın qapıçısı Andre Onana sıradan çıxıb.
Kamerunlu qolkiper ayaq əzələsindəön zədə alıb. 29 yaşlı "əlcək sahibi" təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq. O, mövsümün ilk turlarında komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Andre Onana ötən mövsüm "Mançester Yunayted"in heyətində 50 oyunda iştirak edib.