Əliyar Ağayevdən 2 penalti, 1 qırmızı vərəqə - VİDEO
Azərbaycanlı referi Əliyar Ağayev Yunanıstan Super Liqasının XXIV turunda PAOK - "Atromitos" oyununu idarə edib. Mərkəzi qarşılaşma meydan sahiblərinin qələbəsi ilə nəticələnib. Birinci hissədə 2, ikinci hissədə isə 1 cavabsız qol vuran Saloniki təmsilçisi 3:0 hesablı qələbə qazanaraq, liderliyini möhkəmlədib.