"Neftçi"nin futbolçusu Latviya klubuna keçdi
“Neftçi”nin futbolçusu Elvin Sərkərov karyerasını Latviyada davam etdirəcək. 22 yaşlı müdafiəçi "Dauqavpils” klubuna keçib. O, yeni komandası ilə artıq müqavilə imzalayıb. Anlaşmanın şərtlərinə görə, futbolçu başqa kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi”yə ödəniləcək.