30 İyun 2025, 17:08
FUTBOL
Renat Dadaşov Polşanın "Radomyak" klubundan ayrılıb.
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.
26 yaşlı forvard kluba təşəkkür edib və uğurlar arzulayıb.
Qeyd edək ki, Renat Dadaşov başa çatan mövsümün ikinci yarısında "Radomyak"da çıxış edib. Azərbaycanlı futbolçu komandanın heyətində keçirdiyi 12 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.