30 İyun 2025, 19:26
FUTBOL
"Liverpul" futbolçusu Trey Nioninin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə U-20 millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, "Liverpul" Trey Nionini 2023-cü ildə "Lester Siti" akademiyasından transfer edib. 18 yaşlı yarımmüdafiəçi ötən mövsüm İngiltərə çempionunun heyətində 5 oyunda iştirak edib.