18 Avqust 2019, 22:24
MPL
Abasov deyib ki, növəti həftələrdə daha yaxşı oynamağa çalışacaqlar: "Bəzi futbolçular çatdırmırdı. Kanallar qarışmışdı.Bizdən gözləntilər çoxdur. Ümidləri doğrultmağa çalışacağıq"
"İlk oyunu məğlubiyyətlə başlamağımız heç də yaxşı olmadı. Bu gün iki fərqli hissə izlədik". Matc.az xəbər verir i, bunları "Zirə"nin baş məşqçisi Samir Abasov "Səbail"i səfərdə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın I turunun oyunundan sonra deyib.
41 yaşlı mütəxəssis bildirib ki, ikinci hissə ilə müqayisədə ilk yarıda daha yaxşı oynayıblar: "İkinci hissənin əvvəlində səhvlərimiz oldu. Bununla da üstünlüyü rəqibə verdik. Matçın taleyini də penalti həll etdi. Penalti epizoduna gəlincə, top birinci "Səbail"in futbolçusu Mirabdulla Abbasovun, sonra Şafik Tiqrudjanın əlinə dəydi. Təəssüf ki, referi belə qərar qəbul etdi. Hər iki komandanın qol şansları oldu. Bizim də, rəqibin də dirəkdən dönən topları oldu. özümüz özümüzə problem yaratdıq. Kapitan Cavid Hüseynovu oyuna yeni qan gətirmək üçün əvəzlədim".
Abasov deyib ki, növəti həftələrdə daha yaxşı oynamağa çalışacaqlar: "Bəzi futbolçular çatdırmırdı. Kanallar qarışmışdı.Bizdən gözləntilər çoxdur. ümidləri doğrultmağa çalışacağıq".