22 Noyabr 2026, 20:05
FUTBOL
Matc.az xəbər verir ki, serbiyalı futbolçu görüşün 10-cu dəqiqəsində komandasını hesabda önə keçirib. O, 34-cü dəqiqədə isə Vilfred Ndidi'nin ötürməsindən sonra ikinci qolunu vurub.
Vlahoviç ilk qolu ilə “Beşiktaş”ın tarixinə düşüb. Belə ki, Opta-nın 2000/01 mövsümündən etibarən Super Liqa ilə bağlı statistikasına əsasən, serbiyalı hücumçu “Beşiktaş”ın heyətində 10 qola ən az oyunda çatan futbolçu olub. O, bu göstəriciyə cəmi 10 matçda nail olub.
Qeyd edək ki, Vlahoviç bu qollarla cari mövsüm Türkiyə Super Liqasında şəxsi qol hesabını 11-ə çatdırıb.













