Matc.az xəbər verir ki, türkiyəli mütəxəssis baş hakim Ali Şansalanın ona ikinci sarı vərəqə göstərməsinin səbəbini izah edib.
Buruk bildirib ki, qarşılaşmadan sonra əvvəlcə dördüncü hakimin, daha sonra isə yan xətt hakiminin əlini sıxaraq təşəkkür edib. Baş hakimin ona qırmızı vərəqə göstərməsi isə gözlənilməz olub: “İçim çox rahatdır, çünki bütün görüntülərdə hər şey aydın görünür. Əvvəlcə dördüncü hakimin əlini sıxdım. Daha sonra meydana daxil olarkən köməkçim İsmail Qarsiyaya tərəf gedib yan xətt hakiminin də əlini sıxdım və ona “Təşəkkür edirəm, hocam” dedim. Yoluma davam etdim. Arxaya çevriləndə baş hakimin ikinci sarı vərəqə və qırmızı kart göstərdiyini gördüm. Şoka düşdüm. Bunun səbəbini bilmirdim. Daha sonra danışmaq üçün baş hakimdən xüsusi icazə istədim. Sağ olsun, mənimlə danışdı. Ondan nə baş verdiyini və niyə vərəqə göstərdiyini soruşdum. O isə mənə “Əlimi sıxmadın. Bu, mənə və hakimlərə qarşı hörmətsizlikdir” dedi. Amma görüntülərdə də açıq şəkildə görünür ki, onun yanından çox sürətlə keçərək digər tərəfə gedirəm. Burada hər hansı hörmətsizlik etdiyimi düşünmürəm. Əksinə, meydanda futbolçularımıza qarşı bir çox epizodda edilən müraciətlər də ünsiyyətin nə qədər vacib olduğunu göstərir”.













