Hacıyev "Səbail"in maliyyə problemi ilə üzləşməsi yönündə çıxan xəbərlər nə dərəcədə doğrudu" sualına belə cavab verib: "Mən ancaq cibimdəki pulun nə qədər olduğunu dəqiq deyə bilərəm. Bu suala rəhbərlik cavab verə bilər"

"Hər zaman ilk tur həyəcanlı olur. Bu dəfə də hər iki komandada hiss olunurdu". Matc.az xəbər verir ki, bunları "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri I turun matçından sonra söyləyib.
 
38 yaşlı mütəxəssisin sözlərinə görə, hər iki komanda layiqli futbol nümayiş etdirib: "Meydanda gözlədiyimizdən də güclü "Zirə" gördük. Futbolçularımıza əzmkarlığa görə təşəkkür edirəm. Problemlərimiz haqda çox danışmayacağam, hər kəsə məlumdur. Matça yaxşı başlasaq da sonradan nəzarəti rəqibə verdik. İkinci hissədə vəziyyəti dəyişdik. Bizim oxşar cəhətimiz odur ki, hər iki komanda yenilənib. Bunun nə dərəcədə faydalı olub-olmayacağını görəcəyik. İki legionerimizin getməsi gözlənilməz oldu. Ancaq buna görə məyus deyilik. Yerli gənclərimiz də var. Bu gün Turan Manafovu oynadı, yaxşı təsir bağışladı". 
 
Hacıyev "Səbail"in maliyyə problemi ilə üzləşməsi yönündə çıxan xəbərlər nə dərəcədə doğrudu" sualına belə cavab verib: "Mən ancaq cibimdəki pulun nə qədər olduğunu dəqiq deyə bilərəm. Bu suala rəhbərlik cavab verə bilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest