23 Avqust 2019, 14:18
FUTBOL
Bu gün AFFA-nın inzibati binasında "Elit-məşq" layihəsi ilə bağlı mətbuat konfransı keçirilib. Matc.az xəbər verir ki, aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının koordinatoru Miloş Velebit geniş təqdimatla çıxış edərək layihə barədə ətraflı məlumat verib.
Təqdimatdan sonra Velebit "Elit Məşq" layihəsinin ölkənin 10 regionunda 2005-2008 təvəllüdlü uşaqlar arasında tətbiq ediləcəyini bildirib: "Prosesə 26 məşqçi cəlb edəcəyik. AFFA tərəfindən məşqçilərə nəzarət edəcək 8 mütəxəssis ayrılacaq. Layihə çərçivəsində 5 müxtəlif proqram olacaq. Bunlar yaş qrupları üzrə tətbiq ediləcək".
O bildirib ki, bu layihədə iştirak edəcək bütün məşqçilər "Dalğa Arena"da təlim-məşq toplanışına dəvət olunacaq.