22 Dekabr 2025, 10:58
FUTBOL
"Vest Hem" "Kruzeyro"nun hücumçusu Kayu Jorjeni transfer ermək istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Londonlular braziliyalı forvard üçün onun klubuna 21 milyon avroluq təklif göndərib. "Kruzeyro" ilə futbolçusu üçün 40 milyon avro tələb edir.
23 yaşlı oyunçu ilə "Tottenhem", "Çelsi", "Napoli" və "Atletiko" da maraqlanır.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Kayu Jorje başa çatan mövsümdə "Kruzeyro"nun heyətində keçirdiyi 46 oyunda 26 qol vurub, 9 qol ötürməsi edib.












