"Qalatasaray"ın hücumçusu Mauro İkardi adını klubun tarixinə yazdırıb.

Matc.az xəbər verir ki, argentinalı futbolçu Super Liqanın 17-ci turunun "Kasımpaşa" ilə matçında fərqlənməklə buna nail olub.

İkardi İstanbul təmsilçisində vurduğu qolların sayını 60-a çatdırıb. Bununla da 32 yaşlı forvard "sarı-qırmızılar"ın heyətində Türkiyə çempionatında ən çox qol vurab əcnəbi futbolçu olub. O, 59 dəfə fərqlənən əfsanəvi George Hacini qabaqlayıb.

Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Ulduz futbolçu "cim bom"un forması ilə bütün turnirlərdə keçirdiyi 110 matçda 70 qol vurub, 22 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest