23 Avqust 2019, 15:34
FUTBOL
"Real"ın baş məşqçisi Zinəddin Zidan PSJ-nin hücumçusu Neymarın mümkün transferinə münasibət bildirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis bunu istisna etməyib.
Ancaq o, hazırda braziliyalı barədə düşünmədiyini söyləyib: "Bizim sabah oyunumuz var. Mən və bütün komanda yalnız bu barədə düşünürük. O ki qaldı Neymara, hər şey ola bilər. 2 sentyabrın tezliklə gəlməsini istəyirəm. O zaman Neymarla bağlı suallar da bitər".
Qeyd edək ki, Neymar "Real"la yanaşı, "Barselona"nın da maraq dairəsindədi.